BƏY TAXTINDA OTURMAQ

1. Toyu olmaq. 

2. Vəzifəyə gəlmək.

BƏSİRƏTİ BAĞLANMAQ
BƏYANƏ GƏLMƏK
OBASTAN VİKİ
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.
Fərrux bəy
Fərrux bəy (təq. 1547 – təq. 1615) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir.
Gündoğdu bəy
Gündoğdu bəy (1196, Əhlat – Söğüt, Biləcik ili) — 1196-cı ildə Süleyman Şahın oğlu kimi anadan olub. Böyük qardaşı Sunqur Təkin, qardaşları Ərtoğrul Qazi və Dündar bəydir. Süleyman Şah Fərat ətrafında boğulandan sonra qardaşı Ərtoğrul Qazi ilə fikir ayrılığı yaşamış və böyük qardaşı Sunqur Təkin başda olmaq şərti ilə qəbilənin əksəriyyəti məmləkətləri Ahlata geri qayıtmışdır. == Həyatı == Gündoğdu bəyin həyatı haqqında kifayət qədər məlumatlar mövcud deyildir. Əldə olan məlumatlara görə, qardaşı Ərtoğrulla məmləkət iddiası aparmış və nəhayət, Ərtoğrul bəy, Dündar bəy və şərikləri Söğütə, Gündoğdu bəy, Sunqur Təkin bəy və qəbilənin əksəriyyəti isə Əhlata getmişdir. == Qardaşları == Böyük qardaşı Sunqur Təkin, digər qardaşları isə Ərtoğrul Qazi və Dündar bəydir və Gündoğdu bəy özü Süleyman Şahın ikinci böyük oğludur.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Koçi bəy
Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı. == Həyatı == Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir. Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir. Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Mahmud bəy
Mahmud bәy Çobanoğlu (türk. Mahmud Bey Çobanoğlu; v. 1309, Kastamonu, Kastamonu ili) — Çobanoğlu bәyliyinin 4-cü vә son hökmdarı. Yavlaq Arslanın 2 oğlundan biridir (digәri Әli bәydir). Onun 1309-cu ildә Candaroğlu Süleyman bəy tәrәfindәn öldürülmәsinden sonra Çobanoğlu dövlәti süquta uğramışdır.
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Murad bəy
Murad bəy (1750-1801) — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. İbrahim bəylə birlikdə Misiri idarə ediblər. İbrahim kimi o da gürcü əsillidir. Napoleonun ordusuna məğlub olandan sonra Murad Yuxarı Misirə qaçır və burada qısa müddət ərzində partizan müharibəsi aparır. 1800-cü ildə Murad Kleberlə sülh imzalayır və Qahirədəki qarnizona rəhbərlik etməyə razılıq verirsə də, onun yanına gedərkən yolda bubon taunu xəstəliyindən vəfat edir. Chandler, David, The Campaigns of Napoleon New York, Macmillan, 1966. Xuan Koul, Napoleon’s Egypt: Invading the Middle East Palgrave Macmillan, 2007. [ISBN 1-4039-6431-9] Herold, J. Christopher, Bonaparte in Egypt - London, Hamish Hamilton, 1962. Herold, J. Christopher, The Age of Napoleon. New York, American Heritage, 1963.
Musa bəy
Musa bəy — Səfəvilər dövlətində məmur. O, 1713–1714-cü illərdə Şah Sultan Hüseynin (1694–1722-ci illərdə hakimiyyətdə olmuşdur) dövründə müəyyərülməmalik kimi xidmət etmişdir. O, erməni əsilli idi, babası İslamı qəbul etmişdi.
Mənsur bəy
Mənsur bəy (d. ? - ö. XVI əsr) — Səfəvi imperiyasının hərbi və dövlət xadimlərindən biri. O, Şah I İsmayılın (1501-1524) hakimiyyəti dövründə, 1509-cu ildə Dərbəndin hakimi təyin edilmişdir. Burada onun qısamüddətli hakimiyyətindən sonra hakimlik Şirvanşahlar sülaləsindən olan şəxslərin əlinə keçmişdir. Səfəvi sülaləsindən asılı olan Şirvanşah hökmdarları özləri də bu qalanı fərqli qalabəyilərinin vasitəsiylə idarə etmişdirlər. Bu, 1538-ci ilə qədər davam etmişdir. Bu ildə Şirvanşah dövlətinin daxili müstəqilliyi də Səfəvi şahı I Təhmasib tərəfindən ləğv edilmiş və bura imperiyaya birbaşa bəylərbəyi kimi tabe etdirilmişdir. Willem Floor.
Nadirqulu bəy
Nağdəli bəy
Nağdəli bəy (v. 1627) — Səfəvilərin İngiltərəyə göndərilmiş səfiri. 1626-cı ildə I Abbas tərəfindən İngiltərə kralı I Çarlza səfir göndərilmişdi. Nağdəli bəyin səfir kimi tələb edilməsi əslində Ost-Hind şirkəti və Robert Şirli arasında çıxan bir anlaşmazlığa görə olmuşdu. Robert Şirli İran ipəyinin monopoliyasını İspaniyaya verməyi təklif etməsi şirkətin maraqlarına əks idi və buna görə də şirkət Şirliyə şər ataraq I Abbasdan yeni səfir tələb etmişdi. Yeni səfir Nağdəli bəy kralın hüzuruna çıxanda Robert Şirli onu saxtakar olmaqla günahlandırmış, əsl səfirin özü olduğunu demişdi. Çarlz isə hər iki səfirə öz ölkələrinə qayıtmağı və problemlərini şahın yanında həll etmələrini tapşırır. İbrahim xan adlı oğlu vardı. Nağdəli bəy 1627-ci ildə Qərbi Hindistan sahillərinə çatanda intihar edir. Belə ki, şahın yanına əliboş qayıtmaqdan utanan səfir 4 gün dayanmadan tiryək qəbul edərək intihar edir.
Novruz bəy
Novruz bəy (v. 1640) — I Abbas (1588-1629) və I Səfinin (1629-1642) dövründə xidmət etmiş gürcü Tulaşvili tayfasından olan Səfəvi məmuru. O, bir vaxtlar görkəmli Səfəvi-gürcü hərbi və siyasi lideri olan İmamqulu xanın qızı ilə evləndi. 1626-1627-ci illərdə I Abbas Novruz bəyi Qarabağda Cavanşir tayfasına naib, onun bacanağı Davud xan Undiladzeni isə Qarabağa qalabəyi təyin etdi. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 272. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ).
Nüsrət Bəy
Urfa valisi Nusret bəy (1875 – 5 avqust 1920, Bəyazid meydanı) ― türk müəllim, idarəçi. O, Erməni soyqırımına görə bir neçə dəfə həbs olunmuş və həbsdən azad olmuş, lakin yekunda bu səbəbdən 5 avqust 1920-ci ildə Bəyazıt meydanında edam edilmişdir. Ona, Kürəkən Fərid paşa hökumətindən sonra iş başına gəlmiş Əhməd Tofiq hökuməti tərəfindən bəraət verilmişdir. Türkiyə Böyük Millət Məclisi Urfa valisi Nüsrət bəyi 25 dekabr 1921-ci ildə "Milli şəhid" elan etmişdir. Atatürk Nüsrət bəyin ailəsi üçün qanun çıxardaraq, xanımına müəyyən bir məvacib verilməsini, habelə üç uşağının oxutdurulmasını təmin etmişdir.
Osman bəy
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – 21 avqust 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Otar bəy
Otar bəy və ya həmçinin Otar xan, daha sonra Zuəl-Fəqər xan kimi tanınan (təxminən 1583, - vəfat 1662/63) — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Barataşvili-Orbelişvilinin (Orbeliani) nəslindən məmur. Otar bəyin erkən həyatı haqqında çox şey məlum deyil. Əsl ailə adı Barataşvili-Orbelişvili idi və bu da Orbeliani və Qaplanşvili olaraq xatırlanır. Atasının adı Aslamaz idi və onun kimi kiçik vəzifələrdə çalışan iki kiçik qardaşı Vaxuşti və Qorcasbi (Mənsur) vardı. Aleksandr Orbelianinin (1802-1869) fikrincə, Otarın Keyxosrov adlı daha bir qardaşı var. Bundan əlavə, atası Erizbar Barataşvili-Orbelişvilinin ölümündən sonra 17-ci əsrin əvvəllərində Səfəvilərə qaçan Qaplan Barataşili-Orbelişvili (Orbeliani) (? -1671) adlı məşhur gənc əmisi var idi. Otar ilk dəfə Səfəvi mənbələrində 1626-cı ildə Yeni Culfanın darğa (vəzifə) funksiyasını icra edərkən bu vəzifədə Mirman Mirimanidzenin (Səfiquli xan) yerinə yetirildiyi adı çəkilir. 1629-cu ildə I Şah Abbas vəfat etdikdə, o, artıq Simnanın bəylərbəyi vəzifəsinə təyin edilmiş və sultan rütbəsinə sahib idi. Sonralar, 1649-cu ildə, II Şah Abbasın dövründə (1562-1666), şərq ərazilərindəki Qəndəhar valiliyi, həmçinin Zu əl-Fəqər xan fəxri adı verildi.
Porsuq bəy
Porsuq bəy (?-?)— Səlcuqlular dövlətinə xidmət etmiş türk sərkərdəsi. Anadolu fatehlərindən Məlik Mənsur mərkəzdən boyun qaçırınca Sultan Məlikşah tərəfindən üzərinə Porsuq bəy göndərildi. Porsuq bəy Məlik Mənsuru öldürüb onun hakimiyətindəki Kütahya məntəqəsinə yerləşdi (1090).
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Qavurd bəy
Qara Arslan Qavurd bəy (XI əsr – 1073) —Səlcuq şahzadəsi, Kirman Səlcuqlu dövlətinin qurucusu. Atası Çağrı bəyin Xorasan valisi olduğu dövrdə doğulmuşdur. Büveyhilər dövlətinin Səlcuqlar tərəfindən işğalından sonra 1048-ci ildə Kirmana vali təyin edilmişdi.Titulu İmadəddövlə idi. 1055-ci ildə Omana yürüş etmiş və bölgəni ələ keçirmişdi.1056-cı ildə Sistan da fəth olunmuşdu. 1059-cu ildə İbrahim İnal üsyanı çıxmış, Qavurd bəy əmisi Toğrul bəyə üsyanı yatırmaqda kömək olmuşdu. 4 iyul 1063-cü ildə Toğrulun ölümündən sonra qardaşı Alp Arslanın tərəfini tutmuş və Şirazda adına xütbə oxutdurmuşdu.Bundan sonra özünü vəliəhd kimi görən Qavurd bəy Şabanqara hökmdarı əmir Fəzləveyhə qarşı yağmalar edirdi. Fəzləveyhin şikayətindən sonra 1064-cü ildə qardaşı tərəfindən göndərilən cəza dəstəsinə məğlub olub Kirmana geri çəkilmişdi. 1067-ci ildə yenidən üsyana qalxmış, lakin yenə məğlub olaraq qardaşı tərəfindən bağışlanmışdı. 1068-ci ildə başqa bir üsyana başlayan Qavurd bəy bu dəfə Nizamülmülkün ordusu ilə hesablaşmalı oldu. Amma Səlcuq ordusu Qavurd ilə döyüşməyə həvəsli deyildi.
Qazi bəy
Qazi bəy, Sultan Məhəmməd Qazı bəy (XIV əsr, Bakı – 1501, Bakı) — Şirvanşahlar dövlətinin otuz səkkizinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn Fərrux Yasar çıxdı. O, Şah İsmayıl Xətainin Bakı şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində hakimiyyət sürmüşdü. XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə xəbər verirlər. İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər. O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. İsmayıl üçün bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi.
Rüşdü bəy
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.